“Xəzər-Lada” səhmdarlarına divident ödəyəcək

“Xəzər-Lada” səhmdarlarına divident ödəyəcək Şirkətin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
3 Aprel , 2017 10:08
“Xəzər-Lada” səhmdarlarına divident ödəyəcək

Bakı. 3 aprel. REPORT.AZ/ Mayın 16-da, saat 12:00-da “Xəzər-Lada” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncagı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin yerləşdiyi Abşeron rayonunun Xırdalan şəhərində, Bakı-Sumqayıt şosesinin 16-cı km-də olacaq.

Yığıncağın gündəliyinə illik hesabatın dinlənilməsi, dividentlərin verilməsi, mükafatlandırma və kənar auditorun təsdiq edilməsi məsələləri daxildir.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,2%-i Naməddin Qasımzadəyə, 8,6%-i 146 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi