Yuxarı

​Xarici investorlar Azərbaycanın mikromaliyyə təşkilatlarına güzəşt etmək istəmir

Qeyri-bank kredit təşkilatlarında problemli kreditlərin payı sabit qalıb

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycanın bank olmayan kredit təşkilatları (BOKT) ilə əməkdaşlıq edən xarici investorlar ayırdıqları vəsaitin qaytarılma müddətini artırmaqda maraqlı deyil. Bunu "Report"a açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.

Onun sözlərinə görə, bunun səbəbi beynəlxalq reytinq agentlikləri tərəfindən ölkənin reytinqinin aşağı salınması ilə bağlıdır: "Bunu nəzərə alan xarici investorlar mikromaliyyə təşkilatlarına güzəşt etmək istəmir".

Bununla belə, BOKT-ların müştəriləri də götürdükləri kreditin restruktizasiya edilməsinə maraq göstərmirlər: "Müştərilərin əksəriyyəti çətinliklə belə olsa, adi qaydada ödənişlərə davam etmək istəyirlər. Çünki müqavilənin müddəti artırılanda əlavə faiz ödəmək lazımdır, bunu da hər adam istəmir".

J.Hacıyeva onu da deyib ki, hazırda BOKT-ların kredit portfelində vaxtı keçmiş kreditlərin payı təxminən 30%-dir: "Bu göstərici ilin əvvəlindən demək olar ki, dəyişməyib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi