Xarici investorlar Azərbaycanda sərmayələrindən ikiqat artıq divident götürüblər

Xarici investorlar Azərbaycanda sərmayələrindən ikiqat artıq divident götürüblər Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib
Biznes
8 Dekabr , 2016 11:14
Xarici investorlar Azərbaycanda sərmayələrindən ikiqat artıq divident götürüblər

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu vaxta qədər Azərbaycana qoyulan hər 1 dollar sərmayəyə görə, investorlar 2 dollar divident götürüb. "Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan Azərbaycanda İnvestisiyalara dair Beynəlxalq Forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev xarici investorları Azərbaycana dəvət edib: "Azərbaycan nadir ölkələrdən biridir ki, onun adı heç bir Arbitraj Məhkəməsində olmayıb".

Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti artıq gələn il istifadəyə veriləcək: "Həmçinin, İranla Azərbaycan arasında olan dəmir yolu xəttinin çəkilişi üçün İranla işləməyə hazırıq".

Son xəbərlər

Orphus sistemi