Yuxarı

​Vergilər naziri Naftalanda vətəndaşları qəbul edib

Qəbulda Naftalan, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak ediblər

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün vergilər naziri Fazil Məmmədov Naftalan şəhərində vətəndaşları qəbul edib. Qəbulda Naftalan, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Nazirlikdən “Report”a verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerində həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi