Yuxarı
    Bağlamaq

    Vergilər naziri bəzi şirkətlərin faiz gəlirlərinə yenidən baxmağı tövsiyə edib

    Fazil Məmmədov: Dempinqin qəbul edilməsi düzgün deyil© Report.az

    Bakı. 10 mart. REPORT.AZ/ "Azərbaycan bir çox beynəlxalq qanunlara qoşulub. Bəzi təşkilatlarla, o cümlədən Ümumdünya Ticarət Təşkilatı (WTO) ilə müvafiq saziş imzalamağa hazırlaşır". "Report" xəbər verir ki, bunu "Şəffaflığa doğru birlikdə" mövzusunda keçirilən vergi konfransında sahibkarların suallarını cavablandıran vergilər naziri Fazil Məmmədov deyib.

    F.Məmmədov qeyd edib ki, WTO-nun vergi dərəcələri ilə bağlı tələbləri var: "Azersun Holding" bir müddət əvvəl təkliflər irəli sürmüşdü. Amma WTO-nun tələbinə görə, idxal edilən və yerli istehsal olan məhsullar arasında vergi dərəcəsinin fərqli olması qəbuledilməzdir. Yəni, dempinqin qəbul edilməsi düzgün deyil".

    Nazir elektron ticarətə vergi tətbiq edilməsinin haqlı olduğunu da deyib: "İdxal bir yolla olmalıdır. Amma artıq elektron ticarət adi idxalı üstələyir. Ona görə də bu, nəzarətə götürülməli idi. Mən düşünürəm ki, bu verginin tətbiqi doğrudur".

    F.Məmmədov, həmçinin ölkədə olan bəzi şirkətlərin faiz gəlirlərinə yenidən baxmağı tövsiyə edib: "Burada "MasterCard"ın nümayəndəsi deyib ki, stimullaşdırıcı işlər aparılmayıb. Biz bu işləri birgə aparmalıyıq. Regionlarda 2% vergi tuturuq, sizin xidmətlərinizə görə də haqq 2%-ə çatır. Bizə vergilərə yenidən baxmağı tövsiyə edirsiniz. Bir siz də faizlərinizə yenidən baxın".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi