“Unibank Mobile" MDB məkanında ən mükəmməl mobil əlavələrdən biridir

“Unibank Mobile" MDB məkanında ən mükəmməl mobil əlavələrdən biridir Bu, “Deloitte & Touche LLC” şirkətinin araşdırması zamanı üzə çıxıb
Biznes
20 Sentyabr , 2016 14:15
“Unibank Mobile MDB məkanında ən mükəmməl mobil əlavələrdən biridir

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Deloitte & Touche LLC” şirkəti 2016-cı il üçün MDB banklarının mobil əlavələri ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb. Şirkətin gəldiyi qənaətə görə, Azərbaycanın bank sektorunda öz çoximkanlı və unikal xidmətləri ilə seçilən “Unibank Mobile” əlavəsi MDB məkanında ən yaxşı mobil əlavələrdən biridir. 

Bankdan “Report”a verilən məlumatına görə, “Deloitte” şirkətinin bir sıra MDB ölkələrində yerləşən ofislərində aparılan yerli mobil əlavələrinin ekspres analizi nəticəsində Azərbaycan bank sistemində ən qabaqcıl "mobil banking" xidmətinin, məhz "Unibank"a məxsus olduğu məlum olub. 

Funksionallıq baxımından, “Unibank Mobile” Rusiyanın ilk 5-liyində gedən “mobile banking” sistemləri ilə eyni səviyyədə qiymətləndirilib.

“Deloitte” ekspertləri hesab edir ki, “Unibank Mobile”ın interfeysi, funksionallığı və naviqasiyası, Rusiyanın ən yaxşı mobil banking xidmətinə malik “Tinkoff Bank”la oxşardır: “Hətta müştərilərinə verdiyi xidmət imkanlarına görə “Tinkoff Bank”dan üstünlukləri də var. Məsələn, tətbiq olunmuş sənədlərin əslini təqdim etmədən hesab açarkən müştərinin müəyyənləşdirilməsi (identifikasiya) imkanı “Unibank”ın mükəmməl bir mobil əlavəyə malik olmasının göstəricisidir. Bu imkan Rusiya bazarında hələ tətbiq olunmayıb”.

“Deloitte”in araşdırmasında vurğulanır ki, “Unibank Mobile” Azərbaycanın “mobile banking” xidmətində imkanlarına və müştərilərin istifadəsinə görə lider mövqedədir. Onun üstünlükləri sırasında bankın filial və bankomatlarının marşrutunun göstərilməsi, tranzaksiyaların statuslarına baxmaq imkanı, xüsusi təkliflərin bildirişi üçün geolokasiyalardan istifadə, aylıq ödənişlərin avtomatik həyata keçirilməsi üçün şablonunun yaradılması və digər imkanlar vurğulanır.

Araşdırmada “Unibank Mobile”a qoşulmanın bir neçə üsulunun olması, ödənişlərdə çox variantlılıq, bir çox məhsulların, xidmətlərin banka getmədən sifarişi, istifadəsi üçün müştəriyə seçim imkanlarının yaradılması və digər imkanlar bu mobil əlavənin bazardakı digər banking xidmətlərindən üstünlüyü kimi qeyd olunur.

Qeyd edək ki, “Unibank” ilk mərhələdə müştəri bazasının 25-30%-nin “mobile banking” xidmətindən faydalanmasında maraqlıdır. Hədəf müştəriyə banka gəlmədən, məhsul və xidmətlərinin 90-95%-dən telefonla istifadə etmək imkanının yaradılmasıdır. Qoşulması çox asan olan “Unibank Mobile” bankın müştərisini təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.

Son xəbərlər

Orphus sistemi