Yuxarı

Türkiyə iqtisadiyyat naziri Azərbaycana gəlib

Nihat Zeybekçi Azərbaycanda iki ölkə arasında iqtisadi əməkdaşlığın gələcək inkişaf yollarını müzakirə edəcək

Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyə iqtisadiyyat naziri Nihat Zeybekçi  Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Hava Limanında türkiyəli naziri Azərbaycanın rəsmi şəxsləri, eləcə də Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları qarşılayıb. 

Səfər çərçivəsində N.Zeybekçi Prezident İlham Əliyev, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, baş nazirin birinci müavini Yaqub Eyyubov və başqa rəsmi şəxslərlə görüşəcək. 

Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın gələcək inkişaf yolları müzakirə ediləcək. Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması da gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi