Rusiyanın Tümen vilayəti Azərbaycan məhsullarına maraq göstərir

Rusiyanın Tümen vilayəti Azərbaycan məhsullarına maraq göstərir Tümen vilayətinin qubernatoru: "Azərbaycanlı sahibkarlar Tümen vilayətində topdansatış və paylaşdırma mərkəzi yarada bilər"
Biznes
2 Noyabr , 2016 17:36
Rusiyanın Tümen vilayəti Azərbaycan məhsullarına maraq göstərir

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçısı, Rusiya Federasiyasının Tümen vilayətinin qubernatoru Vladimir Yakuşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin iştirakı ilə keçirilən görüşdə Ş.Mustafayev Azərbaycan-Rusiya əlaqələrindən və əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb. 

Nazir Tümen vilayətinin geniş tərkibli nümayəndə heyətinin də iştirak etdiyi VII Azərbaycan-Rusiya Regionlararası Forumunun iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb: “Azərbaycan xeyli sayda soydaşımızın da yaşadığı Tümen vilayəti arasında əlaqələrin genişləndirilməsində maraqlıdır və əməkdaşlığın inkişafı üçün böyük imkanlar var”.

V.Yakuşev vilayətin Azərbaycanla əlaqələrindən danışaraq, azərbaycanlı mütəxəssislərin burada neft-qaz yataqlarının kəşf olunmasında və istismarında böyük rol oynadıqlarını bildirib. O, Azərbaycan-Rusiya Regionlararası Forumunun əlaqələrin genişləndirilməsi üçün əlverişli platforma olduğunu vurğulayıb: “Forum çərçivəsində çoxsaylı görüşlər keçirilib, Tümen nümayəndə heyəti tərəfindən maraqlı iqtisadi layihələr və təkliflər irəli sürülüb. Azərbaycandan Tümen vilayətinə meyvə-tərəvəz məhsulları ixrac edilir və bu məhsullara əhali tərəfindən böyük tələbat var. Azərbaycanlı sahibkarlar Tümen vilayətində topdansatış və paylaşdırma mərkəzi yarada bilər. Bu mərkəzdən isə məhsulların Tümenlə yanaşı, digər yaxın regionlara da göndərilməsi mümkündür. Bunun üçün Tümen vilayəti Azərbaycan sahibkarlarına zəruri infrastrukturla təmin olunan torpaq sahəsi də təklif edir. İqtisadiyyatın digər sahələrində də investisiya imkanları var, azərbaycanlı sahibkarları Tümen vilayətinə sərmayə yatırmağa, layihələrdə iştiraka dəvət edirəm”.

Son xəbərlər

Orphus sistemi