Yuxarı

“Toyota"nın Avropadakı zavodları aprelin 20-dək bağlı qalacaq

“Toyota"ın Avropadakı zavodları aprelin 20-nə qədər bağlı qalacaq

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” şirkətinin Avropadakı bütün zavodları aprelin 20-dək bağlı olacaq. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, bu qərar şirkətin Rusiyadakı zavoduna aid deyil. Belə ki, “Toyota” aprelin 3-dən Rusiyada istehsalı bərpa edəcək.

Xatırladaq ki, “Toyota” koronavirus epidemiyası ilə əlaqədar bu ayın ortalarından Türkiyə, Portuqaliya, Rusiya, Fransa, İngiltərə və Çexiyada istehsalı dayandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi