“Toyota"nın Avropadakı zavodları aprelin 20-dək bağlı qalacaq

“Toyota"nın Avropadakı zavodları aprelin 20-dək bağlı qalacaq Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” şirkətinin Avropadakı bütün zavodları aprelin 20-dək bağlı olacaq.
Biznes
30 Mart , 2020 11:49
“Toyotanın Avropadakı zavodları aprelin 20-dək bağlı qalacaq

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” şirkətinin Avropadakı bütün zavodları aprelin 20-dək bağlı olacaq. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, bu qərar şirkətin Rusiyadakı zavoduna aid deyil. Belə ki, “Toyota” aprelin 3-dən Rusiyada istehsalı bərpa edəcək.

Xatırladaq ki, “Toyota” koronavirus epidemiyası ilə əlaqədar bu ayın ortalarından Türkiyə, Portuqaliya, Rusiya, Fransa, İngiltərə və Çexiyada istehsalı dayandırıb.

Son xəbərlər

Orphus sistemi