Yuxarı
    Bağlamaq

    SKMF Salyanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

    Sahibkarlar bu gündən layihələrin maliyyələşdirilməsi üçün fonda müraciət edə bilərlər

    Bakı. 20 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Salyan rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

    "Report" xəbər verir ki, Fond sahibkarlardan ixtisaslaşdırılmış yaşıl marketin, intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq, soya əkini və istixana təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

    Sahibkarlar bu gündən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. telefon: (012) 434-74-29. faks: (012) 432-37-17. e-mail: info@anfes.gov.az) müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi