SKMF Salyanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Salyanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Sahibkarlar bu gündən layihələrin maliyyələşdirilməsi üçün fonda müraciət edə bilərlər
Biznes
20 Dekabr , 2016 09:42
SKMF Salyanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 20 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Salyan rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

"Report" xəbər verir ki, Fond sahibkarlardan ixtisaslaşdırılmış yaşıl marketin, intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq, soya əkini və istixana təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Sahibkarlar bu gündən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. telefon: (012) 434-74-29. faks: (012) 432-37-17. e-mail: [email protected]) müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi