SKMF-in verdiyi güzəştli kreditlərin 75%-i regionların payına düşür

SKMF-in verdiyi güzəştli kreditlərin 75%-i regionların payına düşür Bakı. 18 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığıa Kömək Milli Fondunun (SKMF) verdiyi güzəştli kreditlərin 75%-i regionların, 25%-i Bakının payına düşür.
Biznes
18 Aprel , 2018 11:35
SKMF-in verdiyi güzəştli kreditlərin 75%-i regionların payına düşür

Bakı. 18 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığıa Kömək Milli Fondunun (SKMF) verdiyi güzəştli kreditlərin 75%-i regionların, 25%-i Bakının payına düşür.

"Report" xəbər verir ki, bunu fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

Bundan başqa, onun sözlərinə görə, SKMF-nin maliyyələşdirdiyi layihələrin 71%-i aqrar sektorun, 29%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərdə kiçik və orta məbləğli kreditlər 93% paya malikdir. 

Son xəbərlər

Orphus sistemi