Bakı. 18 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığıa Kömək Milli Fondunun (SKMF) verdiyi güzəştli kreditlərin 75%-i regionların, 25%-i Bakının payına düşür.
"Report" xəbər verir ki, bunu fondun icraçı direktoru Şirzad Abdullayev deyib.
Bundan başqa, onun sözlərinə görə, SKMF-nin maliyyələşdirdiyi layihələrin 71%-i aqrar sektorun, 29%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərdə kiçik və orta məbləğli kreditlər 93% paya malikdir.