Yuxarı
    Bağlamaq

    SKMF Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

    Bakı. 24 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Hacıqabul rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 

    Nazirlikdən "Report"a verilən məlumata görə, Fond sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edir:

    - intensiv bağçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması;

    - kompozit və plastik qablaşdırma materialları və quru meyvə istehsalı müəssisələrinin yaradılması;

    - cins heyvandarlıq və taxıl anbarı komplekslərinin yaradılması.

    İş adamları müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi