SKMF Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bakı. 24 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Hacıqabul rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Biznes
24 Aprel , 2018 16:00
SKMF Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 24 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Hacıqabul rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, Fond sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edir:

- intensiv bağçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması;

- kompozit və plastik qablaşdırma materialları və quru meyvə istehsalı müəssisələrinin yaradılması;

- cins heyvandarlıq və taxıl anbarı komplekslərinin yaradılması.

İş adamları müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi