Yuxarı

Səttar Mehbalıyev Azərbaycandakı iri xarici və yerli şirkətləri qınayıb

O, əcnəbi şirkətlərin rəhbərliyinin buradakı müəssisələrdə həmkarlar təşkilatı yaradılmasına imkan vermədiyini bildirib

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycanda son illərdə qeyri-dövlət və özəl müəssisələrdə həmkarlar ittifaqlarının yaradılmasına diqqət artıb, həmkarlar ittifaqı orqanları öz müəssisələrində həmkarlar ittifaqı təşkilatı yaratmaq istəməyən xarici, birgə və özəl şirkətlərdə də inadla iş aparır. Lakin müəyyən əcnəbi şirkətlərdə buna hələ də nail olunmayıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının dövrü jurnalına müsahibəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən BP, "Statoil", "Shell", "Coca-Cola", "McDonald's" kimi şirkətlərin yerli bölmələri, "Bazarstore" mağazalar şəbəkəsində və digər bir sıra xarici və birgə şirkətlərdə işəgötürənlərin işçilərə təzyiqi üzündən həmkarlar ittifaqı təşkilatlarının yaradılması mümkün olmayıb.

Qeyd edək ki, hazırda 3 596 qeyri-dövlət sektorunda mövcud olan müəssisə və təşkilatda həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi