Yuxarı

“Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi

“Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi

2018-ci ilin mart ayından “Samsung” şirkətinin Direktorlar Şurasına (DŞ) sədrlik edən Lee Sanq-hun vəzifəsini tərk edib.

“Report” “Yonhap”a istinadən xəbər verir ki, buna səbəb onun əmək qanunvericiliyinin tələblərini pozması və həmkarlar ittifaqlarının fəaliyyətini əngəlləməsi üstündə həbs olunmasıdır. 

"Samsung" DŞ-nin yeni sədri yaxın günlərdə məlum olacaq. Bu vəzifəyə Şura üzvlərindən birinin təyin ediləcəyi gözlənilir. 

Xatırladaq ki, Lee Sanq-hun ötən ilin dekabr ayında Seul Mərkəzi Dairə Məhkəməsi tərəfindən təqsirkar bilinərək 18 ay həbs cəzasına məhkum edilib. Bu, DŞ-nın sədri üçün ilk bu kimi hal olsa da, onunla birlikdə şirkətin 26 rəhbər şəxsi müxtəlif cəzalara məhkum ediliblər. Pozuntular arasında alt icraçı şirkətləri bağlamaq, həmkarlar ittifaqlarının fəallarına qarşı çıxıb getmələri üçün müxtəlif çirkin təzyiq vasitələrinə əl atmaq, şirkətlə işçilər arasındakı müqavilələri yubatmaq kimi əməllər var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi