Şahin Mustafayev: "Səkkiz ayda 79 sahibkara investisiya təşviqi sənədi verilib"

Şahin Mustafayev: "Səkkiz ayda 79 sahibkara investisiya təşviqi sənədi verilib" Sənədlərin ümumi dəyəri 1 mlrd. manatdır
Biznes
8 Dekabr , 2016 14:31
Şahin Mustafayev: Səkkiz ayda 79 sahibkara investisiya təşviqi sənədi verilib

Bakı. 8 dekabr. REPORT.AZ/ "İqtisadiyyat Nazirliyi bu ilin aprel-noyabr aylarında investisiya layihələrinin maliyyələşdirilməsi üçün sahibkarlara ümumilikdə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verib". 

"Report"un məlumatına görə, bunu Azərbaycanda İnvestisiyalara dair Beynəlxalq Konfransda iqtisadiyyat naziri Şahin Mustafayev deyib. 

Onun sözlərinə görə, investisiya təşviqi sənədləri 79 layihə üzrə verilib: "Bu sənədlər 79 sahibkara təqdim edilib. Azərbaycanda investisiya qoyuluşuna maraq böyük olduğu üçün burada canlanma var. Nazirlik bu sahəyə ciddi nəzarət edir. Dövlət başçısının fərmanına uyğun olaraq, ölkədə fəaliyyət göstərən yerli və xarici sahibkarlar 7 il müddətinə torpaq və digər vergilərdən azad ediliblər".

Ş.Mustafayev eyni zamanda qeyd edib ki, Pirallahı və digər sənaye parklarında zavodların tikintisinin 2018-ci ildə yekunlaşacağı gözlənilir: "Bir zavodun təməli artıq qoyulub. Bu ay ərzində İranla birgə inşa ediləcək daha bir zavodun təməli qoyulacaq. Gələn il isə daha iki zavodun inşasına başlanması planlaşdırılır".

Son xəbərlər

Orphus sistemi