Yuxarı
    Bağlamaq

    Rusiya Şimali Koreyanın iqtisadi blokadaya alınmasının əleyhinə çıxıb

    Bakı. 3 yanvar. REPORT.AZ/ Rusiya Şimali Koreyanın iqtisadi blokadaya alınmasının deyil, onunla iqtisadi münasibətlərin saxlanılmasının tərəfdarıdır.

    “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Burmistrov bildirib.

    Onun sözlərinə görə, rəsmi Moskva Pxenyana qarşı münasibətini dəyişməklə iqtisadi maraqlarına zərbə vurmuş olar.

    Xatırladaq ki, Şimali Koreyaya qarşı iqtisadi sanksiya tətbiq etmək təklifini Rusiyaya ABŞ edib. Prezident Barak Obama bir qədər əvvəl bəyan edib ki, bu cür sanksiyalar Uzaq Şərq ölkəsinə təsir göstərməyə başlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi