Yuxarı

Rüfət Məmmədov: “Azərbaycan Avropa iqtisadiyyatının əsas və fəal investorudur” - FOTO

Rüfət Məmmədov: “Azərbaycan Avropa iqtisadiyyatının əsas və fəal investorudur” - FOTO

“Azərbaycan Avropa iqtisadiyyatının əsas və fəal investorudur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Batumidə keçirilən “Şərq tərəfdaşlığı” üzrə Birinci İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ölkələrinə kifayət qədər intensiv olaraq investisiya yatırır. “İnvestisyaların həcmi 20 milyard dollardan çox təşkil edir. Biz həmçinin “Şərq tərəfdaşlığı”na üzv ölkələrin iqtisadiyyatlarına da investsiya qoyuruq. Azərbaycan proqrama üzv dörd tərəfdaş ölkəyə 3,5 milyard dollardan çox sərmayə yatırıb”.

R.Məmmədov deyib ki, Azərbaycan Aİ-nin enerji təhlkəsizliyində çox əhəmiyyətli və strateji rol oynayır: “Olduqca strateji Cənub Qaz Dəhlizinin inkişafı ilə Azərbaycanın əhəmiyyətli rolu daha da artacaq. Nəqliyyat sahəsi də digər əhəmiyyəli əməkdaşlıq sahəsidir. Azərbaycan Türkiyə və Gürcüstanla birgə Bakı-Tbilisi-Qars layihəsini həyata keçirir. Bu layihə beynəlxalq nəqliyyat dəhlizlərinin çox əhəmiyyətli hissəsidir”.

Nazir müavini qeyd edib ki, Azərbaycanın Aİ ilə əməkdaşlığı yalnız energetika və nəqliyyat sektorları ilə məhdudlaşmır: “Bizim Avropa İttifaqı ilə insan kapitalının inkişafı, təhsil, sosial müdafiə və digər sahələrdə də çox fəal əməkdaşlığımız mövcuddur”.

R.Məmmədov Azərbaycan və Aİ arasındakı ticari-iqtisadi əlaqələrə də toxunub. “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanda İttifaqa üzv ölkələrin 1600-dən çox şirkəti uğurla fəaliyyət göstərir. Azərbaycan və Avropa İttifaqına üzv ölkələrin biznes sektorları arasında əlaqələrin səviyyəsinin yüksəldilməsi məqsədilə Bakıda birgə biznes forumlar təşkil olunur. Builki foruma biznes sektoru təmsil edən mindən çox iştirakçı qatılıb. Biznes forumlar Azərbaycan və Avropa ölkələri arasında ticarət və investisiyaları stimullaşdırır”.

Nazir müavini Azərbaycanda bizes mühitin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlardan da danışıb.

R.Məmmədov Azərbaycan və Aİ arasında əməkdaşlığın genişləndirilməsi üçün daha çox imkanların olduğunu vurğulayıb: “İnanıram ki, bu əməkdaşlıq genişləndiriləcək və əməkdaşlıq üzrə yeni mexanizmlər həyata keçiriləcək”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi