Yuxarı

“Rahat” marketlər şəbəkəsinin “XALQ GÜNÜ” yarmarkası ənənəyə çevrilir - FOTO

Endirimdə olan malların siyahısına ət və ət məhsulları, süd və süd məhsulları, yağlar, gündəlik tələbat məhsulları daxildir

Bakı. 18 oktyabr. REPORT.AZ/ “Rahat” marketlər şəbəkəsinin hər həftənin üçüncü günü keçirdiyi “XALQ GÜNÜ” yarmarkası davam edir.

Şəbəkədən "Report"a verilən məlumata görə, yarmarka qısa zamanda böyük populyarlıq və geniş alıcı kütləsinin rəğbətini qazanıb.

Marketlər şəbəkəsi daha geniş çeşidlə və əlverişli qiymətlərlə bu fəaliyyətini davam etdirəcək.

Yarmarka günü 3000-dən çox məhsula böyük endirimlərlə yanaşı, bır sıra hədiyyəli aksiyalar keçirilir. Endirimdə olan malların siyahısına ət və ət məhsulları, süd və süd məhsulları, yağlar, təmizlik və gigiyena vasitələri, meyvə, tərəvəz və şirniyatlar, həmçinin digər gündəlik tələbat məhsulları daxildir.

Qeyd edək ki, “XALQ GÜNÜ” yarmarkasının ilk iki günüdə “Rahat” marketlər şəbəkəsinin filiallarına 100 mindən çox müştəri üz tutub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi