Qırğızıstan səfiri: "Azərbaycanda Ticarət Evi açmağı planlaşdırırıq"

Qırğızıstan səfiri: "Azərbaycanda Ticarət Evi açmağı planlaşdırırıq" Aycigit Buranov iki ölkənin əməkdaşlıq əlaqələrinin böyük potensiala malik olduğunu bildirib
Biznes
28 İyun , 2016 19:34
Qırğızıstan səfiri: Azərbaycanda Ticarət Evi açmağı planlaşdırırıq

Bakı. 28 iyun. REPORT.AZ/ Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Şirkətdən "Report"a daxil olan məlumata görə, görüş zamanı "Caspian European Club" (Caspian Business Club) və "Caspian Energy İnternational Media Group" çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlərə və informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub.

Səfir Caspian European Club ilə Qırğızıstan səfiriliyi, o cümlədən Qırğızıstan şirkətləri arasındakı əməkdaşlığın gələcəkdə davam etdirilməsində maraqlı olduğunu bildirib.

Onun sözlərinə görə, Qırğızıstan Azərbaycanda Ticarət Evi açmağı planlaşdırır. “Qırğızıstan və Azərbaycanın böyük potensialı olsa da, ticarət əlaqələri hələ lazımi səviyyədə deyil. Biz Azərbaycan və Qırğızıstan biznesinə ticari və iqtisadi əlaqələri inkişaf etdirmək maraqlı olsun deyə danışıqlar aparırıq”, - deyə, o vurğulayıb.

A.Buranov söyləyib ki, Azərbaycanla turizm və mədəniyyət sahələrində gözəl əməkdaşlıq qurulub: “Türkdilli dövlətlərin mədəni irsi fondu yaradılıb, parlamentlərarası əməkdaşlıq nizama salınıb, Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstanın dövlət başçılarının təşəbbüsü ilə həmin ölkələrin daxil olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb və uğurla fəaliyyət göstərir."

Son xəbərlər

Orphus sistemi