Bakıda qadın sahibkarlar gürcü təlimçi ilə görüşüblər

Bakıda qadın sahibkarlar gürcü təlimçi ilə görüşüblər Görüşdə müxtəlif sahələrdə çalışan 20 nəfər qadın iştirak edib
Biznes
23 Aprel , 2015 13:59
Bakıda qadın sahibkarlar gürcü təlimçi ilə görüşüblər

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən "Qadın sahibkarlığın inkişafı" Komissiyasının üzvləri təlimçi kimi 5 ildən artıq fəaliyyət göstərən Nini Karseladzeda ilə görüşüblər.

“Report” Konfederasiyanın məlumatına əsaəsn xəbər verir ki, tədbirin təşkilində əsas məqsəd xanım iş adamlarına öz bizneslərini inkişaf etdirmək istiqamətində Avropa mədəniyyətinə uyğun tövsiyələr vermək olub. Təlimin mövzusu “Qadın sahibkarlar biznesi necə qurmalı və necə inkişaf etdirməlidir?” olub. 

N.Karseladze bildirib ki, hazırda qadın sahibkarlığının inkişafı üçün böyük imkanlar var: "Sevindirici haldır ki, günü-gündən öz bacarıqlarını biznesdə sınamaqdan çəkinməyən xanımların sayı artır". 

O, qeyd edib ki, kiçik sahibkarlıqla məşğul olmaq istəyən, buna real imkanı olan xanımlar bir çox hallarda müasir ideyaları, hətta işlək biznesləri olmasına baxmayaraq, yetərli bilik və məlumatlara malik olmadıqlarından öz bizneslərini inkişaf etdirib. Bəzən də kişilərin köməyinə ehtiyac duyurlar. Təklif olunub ki, öz biznesini inkişaf etdirmək istəyən sahibkar mütləq iki tərəfli görüşlər keçirməli, müştəriləri maraqlı təkliflərlə cəlb etməli, reklam materiallarının hazırlanmasında maraqlı olmalı, sosial şəbəkələrdə fəallıq göstərməlidirlər. 

Görüşdə müxtəlif sahələrdə çalışan 20 nəfər qadın iştirak edib.

Son xəbərlər

Orphus sistemi