Yuxarı

Putin Azərbaycanla bağlı qanunu təsdiqləyib

Federal qanun 2015-ci il oktyabrın 23-də Dövlət Duması tərəfindən qəbul, oktyabrın 28-də isə Federasiya Şurası tərəfindən təsdiq edilmişdi

Bakı. 4 noyabr. REPORT.AZ/ Rusiya Federasiyasıın prezidenti Vladimir Putin federal qanun imzalayıb. "Report" TASS-a istinadən xəbər verir ki, qanun Azərbaycanla investisiyaların artırılması və qarşılıqlı qorunması sazişinin ratifikasiyası haqqındadır.

"Saziş Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı iqtisadi-ticari və elmi-texniki əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədi daşıyır", - sənəddə deyilir.

Qeyd edək ki, federal qanun 2015-ci il oktyabrın 23-də Dövlət Duması tərəfindən qəbul, oktyabrın 28-də isə Federasiya Şurası tərəfindən təsdiq edilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi