Putin Azərbaycanla bağlı qanunu təsdiqləyib

Putin Azərbaycanla bağlı qanunu təsdiqləyib Federal qanun 2015-ci il oktyabrın 23-də Dövlət Duması tərəfindən qəbul, oktyabrın 28-də isə Federasiya Şurası tərəfindən təsdiq edilmişdi
Biznes
4 Noyabr , 2015 17:29
Putin Azərbaycanla bağlı qanunu təsdiqləyib

Bakı. 4 noyabr. REPORT.AZ/ Rusiya Federasiyasıın prezidenti Vladimir Putin federal qanun imzalayıb. "Report" TASS-a istinadən xəbər verir ki, qanun Azərbaycanla investisiyaların artırılması və qarşılıqlı qorunması sazişinin ratifikasiyası haqqındadır.

"Saziş Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı iqtisadi-ticari və elmi-texniki əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədi daşıyır", - sənəddə deyilir.

Qeyd edək ki, federal qanun 2015-ci il oktyabrın 23-də Dövlət Duması tərəfindən qəbul, oktyabrın 28-də isə Federasiya Şurası tərəfindən təsdiq edilmişdi.

Son xəbərlər

Orphus sistemi