Prezident: "Azərbaycan indi iqtisadi şaxələndirmə siyasətini uğurla aparır"

Prezident: "Azərbaycan indi iqtisadi şaxələndirmə siyasətini uğurla aparır" Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan indi iqtisadi şaxələndirmə siyasətini uğurla aparır, çox böyük sərmayələr qoyulur, sərmayə iqlimi də çox müsbətdir.
Biznes
25 Avqust , 2018 23:34
Prezident: Azərbaycan indi iqtisadi şaxələndirmə siyasətini uğurla aparır

Bakı. 25 avqust. REPORT.AZ/ "Azərbaycan indi iqtisadi şaxələndirmə siyasətini uğurla aparır, çox böyük sərmayələr qoyulur, sərmayə iqlimi də çox müsbətdir".

“Report” xəbər verir ki, bunu avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə keçirilən birgə mətbuat konfransında deyib.

"Biz bu gün digər məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Aramızda olan ticarət dövriyyəsi artır. Bu gün biz Almaniya və Azərbaycan biznes dairələrinin nümayəndələri ilə görüşəcəyik. Almaniyadan olan şirkətlər Azərbaycanda bir çox layihələrdə iştirak edirlər və əminəm ki, bu səfərdən sonra onların buradakı fəaliyyəti daha da genişlənəcək, buna böyük imkanlar var. Azərbaycan indi iqtisadi şaxələndirmə siyasətini uğurla aparır, çox böyük sərmayələr qoyulur, sərmayə iqlimi də çox müsbətdir. Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur ki, bunun da təxminən yarısı xarici sərmayədir", - deyə İlham Əliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi