Niyazi Səfərov: "Bugünədək verilən 32 investisiya təşviqi sənədi üzrə 300 mln. manat sərmayə yatırılacaq"

Niyazi Səfərov: "Bugünədək verilən 32 investisiya təşviqi sənədi üzrə 300 mln. manat sərmayə yatırılacaq" Bu gün verilən 19 yeni investisiya təşviqi sənədi üzrə isə daha 190 mln. manat sərmayə qoyulacaq
Biznes
31 Avqust , 2016 13:00
Niyazi Səfərov: Bugünədək verilən 32 investisiya təşviqi sənədi üzrə 300 mln. manat sərmayə yatırılacaq

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanda bugünədək sahibkarlara verilən 32 investisiya təşviqi sənədləri üzrə həyata keçiriləcək layihələr çərçivəsində ümumi sərmayələr 300 mln. manat həcmində proqnozlaşdırılır. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, bu layihələr əsasında 3 minə yaxın yeni iş yeri açılacaq: “Bu gün sahibkarlara daha 19 investisiya təşviqi sənədi təqdim edilib. Bu təşviq sənədlərinə uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən həyata keçiriləcək investisiya layihələrinin dəyəri 190 mln. manat həcmindədir. Bunun nəticəsində də 1 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulub". 

"Bütövlükdə isə verilən 51 sənəd üzrə investisiya layihələrinə 500 mln. manatın yatırılması nəzərdə tutulub. Bu layihələr Azərbaycanın 7 iqtisadi rayonunu əhatə edir. Hazırda investisiya təşviqi istiqamətində həyata keçirilən işlər davam etdirilir. Yerli sahibkarlar bu işlərdə fəal iştirak edirlər”, - deyə N.Səfərov qeyd edib. 

Son xəbərlər

Orphus sistemi