Yuxarı
    Bağlamaq

    ​Nazirlik: Azərbaycanda unun bahalaşmasının qarşısı alınıb

    Dövlət tərəfindən görülmüş tədbirlər və Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb

    Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda aidiyyəti dövlət qurumlarının gördüyü tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına milli valyutanın devalvasiyası fonunda ölkə ərazisində unun qiymətindəki artımın qarşısı alınıb.

    İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, Nazirlik istehlak bazarında süni qiymət artımı və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirlərini davam etdirir.

    "Aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb. Bu isə çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir", - deyə məlumatda bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi