​Nazirlik: Azərbaycanda unun bahalaşmasının qarşısı alınıb

​Nazirlik: Azərbaycanda unun bahalaşmasının qarşısı alınıb Dövlət tərəfindən görülmüş tədbirlər və Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb
Biznes
24 Fevral , 2015 12:25
​Nazirlik: Azərbaycanda unun bahalaşmasının qarşısı alınıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda aidiyyəti dövlət qurumlarının gördüyü tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına milli valyutanın devalvasiyası fonunda ölkə ərazisində unun qiymətindəki artımın qarşısı alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, Nazirlik istehlak bazarında süni qiymət artımı və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirlərini davam etdirir.

"Aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb. Bu isə çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi