Yuxarı
    Bağlamaq

    Nazir: "Sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılıb"

    Dinlə
    © Report/ Firi Salim — İqtisadiyyat naziri Şahin Mustafayev

    Bakı. 25 may. REPORT.AZ/ "Bu gün Azərbaycanda sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılıb". 

    "Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev rəhbərlik etdiyi qurumun və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Sahibkarlar Günü"nə həsr olunmuş konfransda bildirilib.

    Onun sözlərinə görə, ölkədə biznesin inkişaf etdirilməsi məqsədi ilə ixrac missiyaları həyata keçirilir, sahibkarlıq təşviq edilir. 

    "Azərbaycanda sahibkarlar yoxlamalardan azad edilib. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Agentlik ASAN xidmət brendi kimi fəaliyyət göstərəcək, kKiçik və orta sahibkarlıq sahəsində bütün suallara cavab tapılacaq. Ölkədə sahibkarlıq subyektləri artır. Azərbaycanda 90 mindən çox müəssisə yaradılıb. Bu ilin I rübündə qeyri-neft sektoru 2,9%, qeyri-neft sənayesi isə 9,9% böyüyüb", - o qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi