Nazir müavini: "SOCAR Polymer" qeyri-neft sektorunda ən böyük layihədir"

Nazir müavini: "SOCAR Polymer" qeyri-neft sektorunda ən böyük layihədir" Bakı. 28 iyul.REPORT.AZ/SOCAR Polymer Azərbaycanda son illər qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir.
Biznes
28 İyul , 2018 11:35
Nazir müavini: SOCAR Polymer qeyri-neft sektorunda ən böyük layihədir
Report/Elçin Murad

Bakı. 28 iyul.REPORT.AZ/"SOCAR Polymer" Azərbaycanda son illər qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən "Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, dəyər zəncirinin qurulması üçün "SOCAR Polymer" əhəmiyyətli müəssisədir:

"SOCAR Polymer"in ətrafında klasterlər yaradılması planlaşdırılır və yerli müəssisələr "SOCAR Polymer"in məhsullarından faydalana bilər".

Nazir müavini sənayenin inkişafından da danışaraq qeyd edib ki, iqtisadiyyatın inkişafında sənayenin rolu müstəsnadır:"Bu ilin I yarısında ölkədə ÜDM 1,3%, qeyri-neft sektoru 2%, qeyri-neft sənayesi isə 9% artıb. Ölkədə hazırda 5 sənaye parkı, 4 sənaye məhəlləsi var".

Son xəbərlər

Orphus sistemi