Nazir müavini: "Ötən il ixrac xərcləri azaldılıb"

Nazir müavini: "Ötən il ixrac xərcləri azaldılıb" Sahil Babayev: "Sumqayıt Texnologiyalar Parkında tezliklə çox böyük işlərin şahidi olacağıq"
Biznes
14 Fevral , 2017 10:45
Nazir müavini: Ötən il ixrac xərcləri azaldılıb

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) "İxracatçılar Klubu"nun və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə görüşü keçirilib. "Report" xəbər verir ki, görüş çərçivəsində "Made in Azerbaijan" brendinin təqdimatı da təşkil olunub.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib ki, ötən il sahibkarlığın inkişafı ilə bağlı böyük işlər görülüb: "Lisenziyalar sahəsində çox böyük islahatlar aparılıb. Həmçinin, gömrük rüsumları ilə bağlı mühüm addımlar atılıb. Sumqayıt Texnologiyalar Parkında sahibkarlar çox böyük işlər görür və tezliklə biz çox böyük işlərin şahidi olacağıq. 2016-cı ildə bizim ticarət dövriyyəsi ümumi qeyri-neft sektorunun 15%-ni təşkil edib. Ötən il üzrə ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb".

Nazir müavini qeyd edib ki, ixrac xərcləri azaldılıb: "Biz müzakirələr apardıq və mənşə sertifikatının verilməsini 1 günə qədər azaltdıq. Həmçinin, bununla əlavə xərcləri azaltmışıq. Bununla yanaşı, hədəf bazarlarının ilkin araşdırılmasını həyata keçirdik, bu isə ixracatçılarımız üçün əhəmiyyətlidir".

S.Babayev əlavə edib ki, son 3 ayda ixracla məşğul olan sahibkarlara 590 min manata yaxın vəsait geri ödənilib, həmin vəsaitin əsas hissəsi şərab ixracatçılarına ödənilib: "İxraçın təşviqi məqsədi ilə ixrac edilən ümumi məhsulun 3-6%-i sahibkarlara geri qaytarılır ki, son 3 ayda qaytarılan 600 min manata qədər vəsaitin 80%-i şərab ixracatçılarına ödənilib".

Son xəbərlər

Orphus sistemi