“Mingəçevir Balığ”ın rəhbərliyi yenidən formalaşdırılacaq

“Mingəçevir Balığ”ın rəhbərliyi yenidən formalaşdırılacaq Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
18 Aprel , 2017 08:55
“Mingəçevir Balığ”ın rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 18 aprel. REPORT.AZ/ İyunun 2-də, saat 14:00-da “Mingəçevir Balıq” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin Mingəçevir şəhərində, su anbarının yaxınlığında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması, idarəetmə və nəzarət orqanlarının seçilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Mingəçevir Balıq” ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 46 800 manatdır. 

Son xəbərlər

Orphus sistemi