Macarıstanın Azərbaycandakı səfiri Bakıda keçirilən şoppinq festivalını yüksək qiymətləndirir

Macarıstanın Azərbaycandakı səfiri Bakıda keçirilən şoppinq festivalını yüksək qiymətləndirir İmre Laslotski: "Macarıstandan Azərbaycana hər il daha çox turist gəlir"
Biznes
28 Aprel , 2017 15:28
Macarıstanın Azərbaycandakı səfiri Bakıda keçirilən şoppinq festivalını yüksək qiymətləndirir

Bakı. 28 aprel. REPORT.AZ/ Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski Bakıda keçirilən şoppinq festivalını yüksək qiymətləndirir.

"Report" xəbər verir ki, o, bu barədə festivalın rəsmi saytına (www.bakushopfest.com) bildirib.

Səfirin sözlərinə görə, tədbir yaxşı təşkil olunub və rəngarəng, əyləncəli, maraqlı proqramlarla keçirilir.

Eyni zamanda, diplomat sıx proqramı olduğuna görə şəxsən şoppinq festivalında iştirak edə bilmədiyini vurğulayıb. O bildirib ki, Macarıstandan Azərbaycana hər il daha çox turist gəlir və onlar müxtəlif tədbirlərdə, o cümlədən şoppinq festivalında iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi