Yuxarı

Lənkəranda ərzaq yarmarkası keçirilib - FOTO

Qiymətlər bazarla müqayisədə 25-30 faiz aşağı olub

Bakı. 25 dekabr. REPORT.AZ/ Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar “Ərzaq məhsullarının satış yarmarkası” keçirilib. "Report"un məlumatına görə, şəhərin Dəmiryol vağzalı ərazisində keçirilən yarmarkada Lənkəran və Bakı şəhərində fəaliyyət göstərən 32 topdan satış firmaları ərzaq məhsullarını satışa çıxarıb. Yarmarkada satılan yeyinti məhsulları keyfiyyətli olmaqla yanaşı, qiymətlər bazarla müqayisədə 25-30 faiz aşağı olub.

Qeyd edək ki, səhər saat 9-da başlayan yarmarka axşam saatlarına qədər davam edib və minlərlə sakin bayram alış-verişini edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi