"Kontakt Home" dayanmadı - Karantin bölgələrinə əlavə yardım göndərdi

"Kontakt Home" dayanmadı - Karantin bölgələrinə əlavə yardım göndərdi Ötən ay Kontakt Homeölkə başçısının sərəncamı əsasında yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 50 min manat vəsait ayırmışdı. Fonda dəstəklə kifayətlənməyən şəbəkə bu dəfə infeksiya səbəbindən karantində saxlanılan və müalicə alan həmyerlilərimizin ehtiyaclarını qarşılamaq üçünxüsusi rejimli Qobustan və Masallı Rayon Mərkəzi Xəstəxanalarına əlavə olaraq yardım yollayıb.
Biznes
8 Aprel , 2020 10:32
Kontakt Home dayanmadı - Karantin bölgələrinə əlavə yardım göndərdi

Ötən ay Kontakt Homeölkə başçısının sərəncamı əsasında yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 50 min manat vəsait ayırmışdı. Fonda dəstəklə kifayətlənməyən şəbəkə bu dəfə infeksiya səbəbindən karantində saxlanılan və müalicə alan həmyerlilərimizin ehtiyaclarını qarşılamaq üçünxüsusi rejimli Qobustan və Masallı Rayon Mərkəzi Xəstəxanalarına əlavə olaraq yardım yollayıb.

Şirkətdən verilən məlumata görə, məhsullar göndərilməzdən öncə xəstəxanaların ehtiyacları öyrənilib. Xəstəxanalardan bildirilib ki, pasientlərin daha çox pozitiv əhval ruhiyyəyə ehtiyacı var. Digərehtiyaclar tibb personalı və dövlət tərəfindən qarşılanır. Pasientlərin əhvalını yüksəltmək məqsədilə şirkət qeyd olunan xəstəxanalara smart televizorlar, AiləTV paketləri, musiqi mərkəzləri və portativ aksutika məhsulları göndərib.

Xatırladaq ki, Kontakt Home ötən ay həm də “Müştəri güzəşt proqramı” çərçivəsində karantin rejiminin sərtləşdirilməsi və əhalinin gəlir yerinin azalması ilə əlaqədar olaraq bütün müştərilərinin aylıq kredit ödənişlərinə1 aylıq güzəşt tətbiq etmişdi. Şirkət öz fəaliyyətində də təhlükəsizlik tədbirlərinə ciddi əməl edir, evlərində oturaraq istədikləri məhsulları əldə edə bilmələri üçün müştərilərinə www.kontakt.az saytından onlayn sifariş və sürətli, təhlükəsiz və pulsuz çatdırılma xidmətini də təklif edir.

Son xəbərlər

Orphus sistemi