Yuxarı

Kinoteatrlarda film nümayişi zamanı reklam yayımlanması qadağan edilib

Kino xidməti göstərilərkən reklam kinoteatrın foyesində yayımlana bilər

Bakı. 6 sentyabr. REPORT.AZ/ Nazirlər Kabinetinin 2006-cı il tarixli “Filmlərin yayımı və nümayişi Qaydaları”nda dəyişiklik edilib.

"Report" xəbər verir ki, bu barədə qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Qərara görə, qaydalara aşağıdakı məzmunda 18-ci hissə əlavə edilib:

“18. Kino xidməti göstərilərkən reklam kinoteatrın foyesində yayımlana bilər. Kinofilmlərin (əvvəli istisna olmaqla) nümayişi zamanı reklam yayımlanması qadağandır.”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi