Kinoteatrlarda film nümayişi zamanı reklam yayımlanması qadağan edilib

Kinoteatrlarda film nümayişi zamanı reklam yayımlanması qadağan edilib Kino xidməti göstərilərkən reklam kinoteatrın foyesində yayımlana bilər
Biznes
6 Sentyabr , 2016 01:07
Kinoteatrlarda film nümayişi zamanı reklam yayımlanması qadağan edilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Nazirlər Kabinetinin 2006-cı il tarixli “Filmlərin yayımı və nümayişi Qaydaları”nda dəyişiklik edilib.

"Report" xəbər verir ki, bu barədə qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Qərara görə, qaydalara aşağıdakı məzmunda 18-ci hissə əlavə edilib:

“18. Kino xidməti göstərilərkən reklam kinoteatrın foyesində yayımlana bilər. Kinofilmlərin (əvvəli istisna olmaqla) nümayişi zamanı reklam yayımlanması qadağandır.”.

Son xəbərlər

Orphus sistemi