Yuxarı

Azərbaycandakı kiçik sahibkarlıq subyektlərinin sayı açıqlanıb

Abşeron iqtisadi rayonunda 16 219, Naxçıvan iqtisadi rayonunda 10 369 kiçik sahibkarlıq subyekti var

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan üzrə kiçik sahibkarlıq subyektlərinin sayı 260 563-dür.

"Report" Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, Bakı şəhəri üzrə bu rəqəm 93 048-dir.

Abşeron iqtisadi rayonunda 16 219, Naxçıvan iqtisadi rayonunda 10 369 kiçik sahibkarlıq subyekti var.

Masallı, Şəki, Lənkəran, Bərdə kimi rayonlarda olan sahibkarlıq subyektləri ilə Hacıqabul, Daşkəsən, Samux, Şabran rayonlarının sahibkarlıq subyektlərinin sayı arasında çox fərq var.

Birinci qeyd olunan rayonlarda 4-5 min sahibkarlıq subyekti mövcuddursa, ikincilərdə bu rəqəm 600-700 arasında dəyişir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi