Yuxarı

Kanada və ABŞ metala qoyulan rüsumu ləğv edib

​Kanada və ABŞ metala olan rüsumu ləğv edib

Vaşinqton və Ottava ABŞ-ın Kanadadan polad və alümin idxalına qoyduğu rüsumun və Kanadanın buna cavab olaraq Amerikadan gətirilən bəzi mallara tətbiq etdiyi tariflərin ləğvi haqqında saziş bağlayıb.

"Report" xəbər verir ki, bu barədə Kanada hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Birləşmiş Ştatlar və Kanada bu bəyanatın verilməsindən iki gün sonra ABŞ tərəfindən Kanada alümin və poladına qarşı tətbiq edilən bütün tarifləri və bu hərəkətlərə cavab olaraq Kanadanın tətbiq etdiyi bütün tarifləri ləğv etmək barədə razılaşıb", - deyə iki ölkənin birgə bəyanatında bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi