Yuxarı
    Bağlamaq

    ​İran Azərbaycana ixracı 9% azaldıb

    Azərbaycandan İrana idxalın həcmi isə 1,4% artıb

    Bakı. 4 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində İranla Azərbaycan arasında ticarət dövriyyəsinin ümumi həcmi 293 mln. dollardan çox olub. "Report"un məlumatına görə, bu barədə İran Baş Gömrük İdarəsinin hesabatında məlumat verilir.

    Hesabata görə, həmin dövrdə Azərbaycana ixracın həcmi 279,8 mln. dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% azdır. Azərbaycandan İrana idxalın həcmi isə ötən ilin müvafiq dövrünə nisbətən 1,4% artaraq 13,7 mln. dollara çatıb. 

    Xatırladaq ki, İranın ticarət tərəfdaşları arasında Azərbaycan beşinci yeri tutur. Əvvəlki yerlərdə isə İraq, Əfqanıstan, Türkmənistan və Pakistan qərarlaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi