​İran Azərbaycana ixracı 9% azaldıb

​İran Azərbaycana ixracı 9% azaldıb Azərbaycandan İrana idxalın həcmi isə 1,4% artıb
Biznes
4 Noyabr , 2014 19:08
​İran Azərbaycana ixracı 9% azaldıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində İranla Azərbaycan arasında ticarət dövriyyəsinin ümumi həcmi 293 mln. dollardan çox olub. "Report"un məlumatına görə, bu barədə İran Baş Gömrük İdarəsinin hesabatında məlumat verilir.

Hesabata görə, həmin dövrdə Azərbaycana ixracın həcmi 279,8 mln. dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% azdır. Azərbaycandan İrana idxalın həcmi isə ötən ilin müvafiq dövrünə nisbətən 1,4% artaraq 13,7 mln. dollara çatıb. 

Xatırladaq ki, İranın ticarət tərəfdaşları arasında Azərbaycan beşinci yeri tutur. Əvvəlki yerlərdə isə İraq, Əfqanıstan, Türkmənistan və Pakistan qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi