Yuxarı
    Bağlamaq

    İqtisadiyyat naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

    Qəbul sentyabrın 23-də keçiriləcək

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Sabah İqtisadiyyat naziri Şahin Mustafayev Şəmkirdə Tovuz, Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib. 

    Məlumata görə, vətəndaşqəbulu saat 11:00-da, Şəmkirdəki Heydər Əliyev Mərkəzində (Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 5 ünvanında) baş tutacaq. 

    Qəbulda iştirak etmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılan “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi