Yuxarı

​İqtisadiyyat naziri Sabirabadda üç rayonun vətəndaşları ilə görüşüb

Qəbulda 40-a yaxın vətəndaş iştirak edib

Bakı. 12 avqust. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda Şirvan, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşlar ilə görüşüb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 40-a yaxın vətəndaş iştirak edib.

Görüş zamanı bir sıra müraciətlər yerində həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazir tapşırıqlar verib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər üzrə müraciətlərin icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması və mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilə əməkdaşlıq, ailə təsərrüfatlarının təşkili, ixracın dəstəklənməsi, Fond tərəfindən müvəkkil kredit təşkilatına kredit limitinin ayrılması, sosial və s. məsələlərlə əlaqədar müraciət ediblər.

Digər rayonlardan gələn vətəndaşları da Ş.Mustafayev qəbul edib.

Nazir güzəştli kreditlər hesabına reallaşdırılan “Sabirabad Konserv Zavodu” ASC-nin, “Sabirabad” istixana kompleksinin və digər ixracyönümlü layihələrin icrası ilə tanış olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi