​İqtisadiyyat naziri Naftalanda vətəndaşları qəbul edəcək

​İqtisadiyyat naziri Naftalanda vətəndaşları qəbul edəcək Görüşdə Naftalan şəhəri, Tərtər və Goranboy rayonlarının sakinləri iştirak edə bilərlər
Biznes
6 May , 2016 16:32
​İqtisadiyyat naziri Naftalanda vətəndaşları qəbul edəcək

Bakı. 6 may. REPORT.AZ/ Sabah iqtisadiyyat naziri Şahin Mustafayev Naftalan şəhərində Tərtər, Goranboy rayonları və Naftalan şəhərindən olan vətəndaşları qəbul edəcək.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21- 05), (055) 257- 60- 90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), 195-2 Çağrı Mərkəzi, Gəncə-Qazax regional bölməsi (Gəncə şəhəri, Heydər Əliyev Meydanı, inzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, (050) 395 91 97, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Eyni zamanda, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılan “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi