İqtisadiyyat naziri Beyləqanda vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Beyləqanda vətəndaşları qəbul edib Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Beyləqan şəhərində Füzuli, Xocavənd, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Biznes
22 Dekabr , 2017 14:42
İqtisadiyyat naziri Beyləqanda vətəndaşları qəbul edib

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Beyləqan şəhərində Füzuli, Xocavənd, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri Ş.Mustafayev tərəfindən dinlənilib, müraciət edilən məsələlərlə bağlı lazımi izahat verilib, bir sıra məsələlər yerindəcə həll edilib.

Müraciətlərdə göstərilən digər məsələlərin qəbuldan dərhal sonra araşdırılması və həlli üçün Nazirliyin aidiyyəti məsul əməkdaşlarına tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, torpaqdan istifadə hüququnun təmin olunması, arıçılıq məhsullarının satışına və ixracına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların istixanaların yaradılması, tikinti materiallarının istehsalı, üzümçülük, heyvandarlıq məhsullarının, o cümlədən süd məhsullarının istehsalı və emalı və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Son xəbərlər

Orphus sistemi