İlkin Vəliyev: "Bakı Şopinq Festivalı çərçivəsində 300 min manatdan çox vəsait qaytarılıb"

İlkin Vəliyev: "Bakı Şopinq Festivalı çərçivəsində 300 min manatdan çox vəsait qaytarılıb" Vergilər nazirinin müavini qeyd edib ki, vergitutma bazası ilə bağlı növbəti iş planı hazırlanır
Biznes
19 Aprel , 2017 11:13
İlkin Vəliyev: Bakı Şopinq Festivalı çərçivəsində 300 min manatdan çox vəsait qaytarılıb

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı Şopinq Festivalı çərçivəsində 400 faktura qeydə alınıb və ƏDV ilə bağlı 300 min manatdan çox vəsait qaytarılıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

İ.Vəliyev qeyd edib ki, vergitutma bazası ilə bağlı növbəti iş planı hazırlanır: "Bu işlər bitdikdən sonra açıqlanacaq".

Xatırladaq ki, Bakı Şopinq Festivalı aprelin 10-dan mayın 10-dək davam edəcək. 

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalı başladığı gündən indiyə qədər 350 min manatdan çox vəsaitin (ƏDV) Vergilər Nazirliyi tərəfindən alıcılara geri qaytarıldığını deyib. 

Son xəbərlər

Orphus sistemi