Yuxarı

​"Günəşli" gəmisinin təmiri üçün tender elan edilib

Tender üçün son tarix 15 yanvar 2016-cı il müəyyən edilib

Bakı. 26 dekabr. REPORT.AZ/ "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC "Günəşli" və "Araz" yedəkçi gəmilərinin tam əsaslı təmiri ilə bağlı təkliflər sorğusu elan edib. "Report xəbər verir ki, tender üçün son tarix 15 yanvar 2016-cı il müəyyən edilib.

Məlumata görə, tenderdə iştirak etmək istəyən iddiaçılar lazım olan digər sənədlərlə yanaşı, vergilər və digər icbari ödənişlərlə bağlı vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış təqdim etməlidir.

Bununla yanaşı, təkliflər sorğusunda iştirak etmək istəyənlər son bir ildəki fəaliyyətləri haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surətini (forma №1 və forma №2) təqdim etməlidirlər.

Qeyd edək ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin tender komissiyası Bakı şəhəri, Üzeyir Hacıbəyov 72 ünvanında yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi