​Gömrük Komitəsinin sədri sahibkarlarla görüşüb

​Gömrük Komitəsinin sədri sahibkarlarla görüşüb Sonra iş adamlarını maraqlandıran suallar cavablandırılıb
Biznes
23 İyun , 2015 14:38
​Gömrük Komitəsinin sədri sahibkarlarla görüşüb

Bakı. 23 iyun. REPORT.AZ/ İyunun 23-də Dövlət Gömrük Komitəsində iş adamları ilə növbəti görüş keçirilib. "Report"un Komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, komitə sədri Aydın Əliyev iş adamları ilə ənənəvi görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edib.

Ötən görüşdən keçən müddət ərzində ölkədə baş verən iqtisadi proseslər, idxal ixrac əməliyyatlarının vəziyyəti barədə məlumat verən A.Əliyev görüşün məqsədinin bu sahədə sahibkarların fikirlərini öyrənmək, onları düşündürən məsələləri və yeni təklifləri dəyərləndirmək olduğunu bildirib.

Komitə sədri sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə hər hansı problemin birgə həllində mühüm rol oynadığını qeyd edərək, eyni zamanda, sahibkarların təşkilatlanmasını və aidiyyəti məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.

Sonra görüşdə çıxış edən DGK sədrinin I müavini Səfər Mehdiyev Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edildiyini, bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da rolunu yüksək dəyərləndirib.

S.Mehdiyev son zamanlar dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi ilə bağlı gömrük orqanlarının da həyata keçirdiyi kompleks tədbirlərdən ətraflı bəhs edib, o cümlədən idxal-ixrac əməliyyatları zamanı yarana biləcək hər hansı problemin qısa zaman kəsiyində həll edilməsi, bu istiqamətdə sahibkarlar tərəfindən irəli sürüləcək maraqlı təkliflərin dəyərləndirilərək ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

Görüşdə sahibkarlar müəyyən təkliflərlə çıxış ediblər və onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi